"Qarabağ"dan ikinci qol - Yenilənir

"Qarabağ"dan ikinci qol - Yenilənir
KONFRANS LİQASI 13 Avqust 2026 / 21:31 3883
-  A +

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq.

QOL.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da 3-cü mərhələnin cavab matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Kiyev "Dinamo"sunu qəbul edir. "Qarabağ" səfərdə keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.

Cütün qalibi pley-offda “Tvente” (Niderland) - DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda isə "Tvente" rəqibini darmadağın edib - 6:0.

13 avqust

UEFA Konfrans Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

20:00."Qarabağ" (Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:0 (İkinci hissə)

Qol: Jali Muaddib, 12, Aleksey Kaşuk, 69

Hakimlər: Stüart Attvell, Yan Hussin, Nik Qrinhalq (İngiltərə)

İlk oyun - 0:1

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner