"Sabah" klubu ötən gün UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin "Orhus"la cavab matçından (4:0) öncə azarkeşlər arasında baş vermiş insidentə aydınlıq gətirib.
QOL.az xəbər verir ki, klubun bəyantında deyilir:
"Ötən gün klubumuzun tarixində böyük qələbə və Azərbaycan futbolu üçün mühüm hadisə yaşandı. Komandamızın əldə etdiyi nəticə ilə qürur duyur, bu tarixi gündə bizimlə birlikdə olan və komandamızı dəstəkləyən bütün azarkeşlərimizə təşəkkür edirik.
Bu böyük futbol bayramının fonunda oyundan öncə azarkeşlərin iştirakı ilə baş vermiş insident barədə yayılan məlumatlar təəssüf hissi doğurur. “Sabah” Futbol Klubu bu məsələ ilə bağlı öz mövqeyini bildirməyi vacib hesab edir.
Klubumuz hər zaman "fair play" prinsiplərinə, qarşılıqlı hörmətə və sivil davranış qaydalarına böyük önəm verib.
Xüsusilə “Sabah”ın oyunlarını izləyən azarkeşlərin əhəmiyyətli hissəsini ailələr və uşaqların təşkil etməsi ilə fəxr edirik. Ev oyunlarımızda formalaşmış ailəvi, təhlükəsiz və mehriban atmosfer klubumuz üçün xüsusi dəyər daşıyır.
Eyni zamanda, oyunlarımız zamanı təhlükəsizliyin və ictimai asayişin yüksək səviyyədə təmin edilməsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının və təhlükəsizlik xidmətlərinin peşəkarlığını yüksək qiymətləndiririk.
Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən klub olaraq ölkəmizin qonaqpərvərlik ənənələrinə xüsusi önəm veririk. Bakıya gələn bütün rəqib komandaların nümayəndələrinə və onların azarkeşlərinə milliyyətindən və hansı klubu təmsil etməsindən asılı olmayaraq hörmətlə yanaşırıq və bundan sonra da yanaşacağıq.
Bununla yanaşı, dünən baş vermiş hadisənin tam kontekstinin düzgün təqdim olunmasını vacib hesab edirik.
Klubun hazırda malik olduğu məlumat və materiallara əsasən, insidentdən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya nümayiş etdirilib, o cümlədən Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən müəyyən ifadələrdən istifadə olunub.
Bununla belə, klubumuzun mövqeyi birmənalıdır: hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq. İstənilən mübahisə və anlaşılmazlıq sivil və qanuni yollarla həll edilməlidir və heç bir halda fiziki qarşıdurmaya çevrilməməlidir.
Klub baş vermiş hadisə ilə bağlı UEFA və aidiyyəti qurumlarla tam əməkdaşlığa hazırdır. Hadisənin bütün hallarının obyektiv şəkildə araşdırılması üçün klubun sərəncamında olan məlumat və materiallar, o cümlədən müvafiq müşahidə kameralarının görüntüləri aidiyyəti qurumlara təqdim olunur və zərurət yarandığı halda bundan sonra da təqdim ediləcək.
Biz hüquq-mühafizə orqanlarının peşəkarlığına tam hörmət və etimadla yanaşır, baş vermiş hadisənin bütün detallarının obyektiv və qanun çərçivəsində araşdırılacağına inanırıq.
Eyni zamanda, həm öz azarkeşlərimizi, həm də ölkəmizə gələn xarici azarkeşləri qarşılıqlı hörmətə, futbol mədəniyyətinə riayət etməyə, bir-birinin və səfər etdikləri ölkənin mədəniyyətinə, ənənələrinə və dəyərlərinə hörmətlə yanaşmağa çağırırıq. Futbol insanları milliyyətindən, dilindən və mədəniyyətindən asılı olmayaraq birləşdirən böyük oyundur və ayrı-ayrı insidentlər bu dəyərlərə kölgə salmamalıdır.
“Sabah” Futbol Klubu bundan sonra da Azərbaycanı və Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etmək üçün əlindən gələni edəcək".
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video