"Fənərbaxça" "Napoli"nin hücumçusu Romelu Lukakunu heyətinə qatıb.
QOL.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Klubun futbol direktoru Oğuz Çetin belçikalı hücumçu ilə 1+1 illik müqavilə imzalandığını bildirib.
33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətinə qatılması ilə bağlı fikirlərini bölüşüb:
"Əziz "Fənərbaxça" azarkeşləri. Belə möhtəşəm tarixə malik klubun bir parçası olmaq mənim üçün böyük şərəf və imtiyazdır.
Düzünü desəm, çox yaxşı komandamız var və belə güclü heyətin bir parçası olduğum üçün çox xoşbəxtəm. Hər gün çox çalışacağam, məşqlərdə əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, komandaya mümkün qədər çox kömək edim. Meydanda keçirdiyim hər anı komandanın qələbəsi üçün dəyərləndirmək istəyirəm.
Mənə bir insan və futbolçu kimi göstərdikləri etimada görə rəhbərliyə və baş məşqçimizə təşəkkür edirəm.
Mənim üçün də bu, bir qədər emosional andır. Çünki uzun illərdən sonra Türkiyəyə qayıdıram. Bildiyiniz kimi, uşaqlıqda burada yaşamışam və məhz burada atamla birlikdə peşəkar futbol dünyasını kəşf etmişəm. Buna görə də qayıdışım mənim üçün çox xüsusi və emosional olacaq. Bunun "Fənərbaxça" ilə baş verməsi məni çox qürurlandırır. Dəstəyiniz üçün təşəkkür edirəm. Tezliklə görüşərik".
Xatırladaq ki, Lukaku son iki mövsümdə "Napoli"nin formasını geyinib. Bu müddətdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.
De Zerbi ən yaxşı oldu
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə