Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"

Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
XƏBƏR 11 Avqust 2026 / 12:25 311
-  A +

"Liverpul"un yeni transferi Ronald Arauxo İngiltərə futboluna uyğunlaşması barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi "Barselona"dan mövsümün sonuna qədər icarəyə götürülüb.

O, klubun mətbuat xidmətinə açıqlamasında bacarıqlarını Premyer Liqada da göstərə biləcəyinə inandığını söyləyib: "Şübhəm yoxdur. Düşünürəm ki, keyfiyyətlərim Premyer Liqa üçün idealdır və yerli oyun üslubuna çox yaxşı uyğunlaşır. Mən uzun zamandır ki, bu çempionatda çıxış etmək istəyirdim. Çünki Premyer Liqa bir çox insanın dünyanın ən yaxşısı hesab etdiyi yarışdır. Həyəcanlıyam və başlamağı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, icarə müqaviləsində Arauxo üçün 55 milyon avroluq satınalma opsiyasının olduğu bildirilir.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

topaz banner