UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”ı qəbul edəcək SSKA (Sofiya) ilə bağlı Bolqarıstan mətbuatında azarkeşlərə çağırış edilib.
QOL.az xəbər verir ki, sportal.bg saytında yayımlanan məqalədə ilk oyunun 0:0 hesabı ilə başa çatmasının Sofiya təmsilçisinə mərhələ keçmək üçün ümid verdiyi vurğulanıb. Bildirilib ki, SSKA xüsusilə Bakıda keçirilən ilk matçın ikinci hissəsində yaxşı təsir bağışlayıb və hətta qalib də gələ bilərdi. Buna baxmayaraq, cavab oyununa 48 saat qalmış cəmi 3-4 min bilet satılması məyusluq doğurub.
Yazıda komandanın mövsümün əvvəlində inamlı oyun sərgiləmədiyi qeyd olunub. Amma məhz belə məqamda azarkeşlərin komandaya dəstək verməsinin vacibliyi vurğulanıb:
“Bəli, mövsümün əvvəlindən etibarən Hristo Yanevin komandası əksər oyunlarda meydanda yüksək səviyyəli futbol nümayiş etdirməyib. Amma azarkeşlər məhz belə məqamda komandanın yanında olmaq üçün var ki, çətin vəziyyətdə olanda onu irəli çəksinlər. “Qarabağ”la oyun da məhz belə matçdır”.
Məqalədə həmçinin klubdakı bəzi qərarlar və komandanın oyunu ilə bağlı narazılıqların olduğu etiraf edilib. Bunların Avropa Liqasındakı həlledici qarşılaşmadan öncə ikinci planda qalmalı olduğu bildirilib. Sonda isə SSKA azarkeşlərinə çağırış edilib:
“Cümə axşamı komandanın hazırkı zəif formasını nəzərə alsaq, azarkeşlər SSKA-nın uğur qazanıb-qazanmayacağını müəyyənləşdirəcək əsas amil kimi görünür. Tribunada 10-12 min nəfərin dəstəyi ilə 20-25 min nəfərin yaratdığı atmosfer arasında böyük fərq var. Hamımız dolu “G” sektorunun nə demək olduğunu və onun hətta ən təcrübəli hakimlərin psixologiyasına necə təsir etdiyini bilirik. İstər-istəməz hakimlər də, qonaq komanda da səs-küylü azarkeşlərin reaksiyasının təsiri altına düşür və bundan maksimum yararlanmaq lazımdır.
Buna görə də çağırış çox aydındır: Hamı stadiona və son hakim fitinədək dəstək, sonrası necə olacaqsa, olsun. Axı, bu, futboldur. Həmişə qaliblər də olur, məğlublar da.
Qalan məsələlər – Yanev, İliyev, Veliçkov, Tomanov… Bunların hamısı qarşıdakı Avropa oyunu fonunda ikinci dərəcəli mövzulardır. Bu matç SSKA-ya yenidən şöhrət qazandıra bilər. Tənqidi fikir hər zaman vacibdir və klubun inkişafı üçün əhəmiyyət daşıyır. Amma bunun da öz vaxtı var. “Qarabağ”la cavab oyunu ərəfəsində boykot və ya laqeydlik doğru vaxt deyil”.
Xatırladaq ki, SSKA - “Qarabağ” oyunu iyulun 30-u Sofiyadakı Vasil Levski adına stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı