Haalanddan zəif göstərici

Haalanddan zəif göstərici
DÇ-2026 30 İyun 2026 / 22:33 881
-  A +

Norveç millisinin hücumçusu Erlinq Haaland DÇ-2026-nın 1/16 final mərhələsində Kot-d’İvuarla oyunun ilk hissəsində cəmi 8 dəfə topa toxunub.

QOL.az xəbər verir ki, “Whoscored” statistika portalının məlumatına görə, 24 yaşlı forvardın bu göstəricisi ilk 45 dəqiqə üçün olduqca aşağı hesab olunur.

Haaland ilk hissədə qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Qeyd edək ki, hazırda matç davam edir və Norveç millisi 1:0 hesabı ilə öndədir.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner