"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 31-ci turunda "Şamaxı"ya qalib gəldikləri matç (3:0) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi komandasının oyun fəlsəfəsindən danışaraq klubun əfsanəvi Valeri Lobonovskinin yolu ilə getməsinə dair ünvanlanan sualı belə cavablandırıb:
"Valeri Lobanovski böyük və əfsanəvi məşqçidir. Lakin deməzdim ki, mən onun sistemini tam dərindən bilirəm və burada məhz onu tətbiq etməyə çalışıram. Biz sadəcə olaraq "Neftçi" adına layiq oyun nümayiş etdirməyə çalışırıq. Bu elə bir komandadır ki, ilk dəqiqələrdən aqressiv futbol sərgiləməli, pressinq tətbiq etməli və sona qədər topa nəzarəti əlində saxlamalıdır. Bizdən aşağı mövqedə qərarlaşan komandalara qarşı matçlarda erkən qol vururuqsa, oyunumuz daha da asanlaşır. Bu gün də bunu bacardıq. Xeyli qol epizodumuz olsa da, ilk hissədə onları reallaşdıra bilmirdik. Lakin fasilədən sonra istəyimizə çatdıq. Oyunçularımın bu fəlsəfəni dərk etməsi məni sevindirir, onlar ilk dəqiqələrdən geriyə çəkilib müdafiə olunmurlar. "Qarabağ"a qalib gəldiyimiz oyunda birinci yox, ikinci nömrə kimi çıxış edirdik və bu da bizə yekunda uğur gətirdi".
Ukraynalı mütəxəssis "Qarabağ"la 5 illik qələbə həsrətinə son qoyduqdan sonra qarşıda "Sabah"a qarşı 3 illik uğursuz seriyanı qırmaqla bağlı suala belə aydınlıq gətirib:
"Başqa çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlində "Zirə" ilə aramızda 3 xallıq fərq var, amma bu, heç nə demək deyil. "Sabah"la görüşdə yalnız nəticəyə oynayacağıq. Onlar mayın 13-də baş tutacaq kubokun final matçına hazırlaşırlar və əgər qalib gəlsələr, mövsümü iki titulla başa vuracaqlar. Biz isə əlimizdən gələni etməliyik ki, mövsümü ən azından 4-cü yerdə bitirək. Gəlin əvvəlcə kubokun finalını gözləyək, ondan sonra "Sabah" haqqında daha ətraflı danışa bilərik".
Vernidub "Qarabağ"a 1:5 hesablı ağır məğlubiyyətdən sonra qapıçı Kənan Piriçin əvəzinə Emil Balayevə şans verilməsinə və heyətdəki digər dəyişikliklərə də aydınlıq gətirib:
"Burada xüsusi bir şey görmürəm. Kənan Piriç də, Emil Balayev də çox yaxşı qapıçılardır. Sadəcə, 'Qarabağ'la böyükhesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldik. Həmin matçdan sonra heyətdə dəyişikliklərə getməli idim və 4 futbolçunu dəyişdik. Bu addım xeyrimizə işlədi. Gələcək üçün eyni səviyyəli iki qapıçımız olacaq, rotasiya edərək hər ikisinə şans verə bilərik".
Sonda baş məşqçi Vensan Abubakar və gənc hücumçu Ağadadaş Salyanski kimi futbolçuların şans qazanması məsələsinə toxunaraq əsas meyarın məşqlərdəki əzmkarlıq olduğunu bildirib:
"Hər bir oyunçuya mütləq şans veriləcək. Ağadadaş Salyanski haqqında da tez-tez suallar verilirdi. Amma görürsünüz ki, son iki matçda onun da oynamaq şansı yaranıb. Onun məşq prosesində nümayiş etdirdiyi əzmkarlığı çox bəyənirəm və məhz buna görə də ona oyunda şans verdim. Kim məşqlərdə əzmkar işləyəcəksə, formanı da o geyinəcək. Bu bizim futbol həyatımızdır".
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında