"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 31-ci turunda "Turan Tovuz"a məğlub olduqları matç (0:1) haqda danışıb.
QOL.az xəbər verir ki, baş məşqçi hesabda geri düşdükdən sonra etdikləri taktiki dəyişikliklərin rəqibin müdafiəsini yarmağa kifayət etmədiyini bildirib:
"Oyun gözlədiyimiz kimi çox gərgin keçdi. Hər iki komanda meydanda əməlli-başlı döyüşkən futbol sərgiləyirdi. Rəqibi tam təhlil etmişdik və futbolçularımızı yalnız qələbəyə kökləmişdik. Onlar bunun üçün çox mübarizə apardılar, ancaq bir qol oyunun taleyini həll etdi. Matçın gedişatında sistem dəyişikliyi edib, əvvəlcə hesabı bərabərləşdirmək, daha sonra isə qələbə qazanmaq üçün əvəzlənmələrə əl atdıq. Amma "Turan Tovuz"un müdafiə xətti çox yaxşı və etibarlı çıxış edir. Çalışdıq ki, rəqibi səhv etməyə məcbur edək. Yalnız bir real qol epizodumuz oldu, təəssüf ki, onu da reallaşdıra bilmədik və uduzduq. Artıq əlavə söz deyə bilmirəm. Futbolçulara təşəkkür edirəm, "Turan Tovuz"u isə qələbə münasibətilə təbrik edirəm, avrokuboklarda onlara uğurlar arzulayıram".
Mütəxəssis yüksək liqanı tərk etmələrinə rəğmən klubun potensialından və yenidən Premyer Liqaya qayıtmaqdan danışıb:
"İnfrastruktur baxımdan növbəti mövsümün sonunda yenidən Premyer Liqaya qayıtmaq üçün hər bir şəraitimiz var. Komandanın heyətində də kifayət qədər potensiallı futbolçular yer alıb. Əgər elitaya geri dönmək istəyiriksə, mütləq şəkildə daha yaxşı və rəqabətədavamlı komanda qurmalıyıq. Bunun üçün çempionat bitdikdən sonra rəhbərliklə müzakirələrimiz olacaq.Yaxşı komanda formalaşdırıb yenidən Premyer Liqaya vəsiqə qazana bilərik.
Qələbə qazana biləcəyimiz çox oyunlar oldu. Təəssüf ki, bəzən sadə uşaq səhvlərindən qapımızda qollar gördük. Oyunları bir-bir saya da bilərəm, hamısı xatirimdədir. O itirdiyimiz xallar bizə hava-su kimi lazım idi. Səfərdə "Turan Tovuz"a qalib gəlmək həmişə çətindir, amma mövsüm ərzində evdə qələbə qazana biləcəyimiz matçların sayı heç də az deyildi".
"Tottenhem"də qalır
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı