"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 31-ci turunda "Sumqayıt"a məğlub olduqları matçdan (1:2) sonra oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, baş məşqçi komandasının oyunundan ümumilikdə razı qalsa da, buraxılan sadə səhvlərin və bəzi futbolçuların meydanda tam gücü ilə mübarizə aparmamasının məğlubiyyətə səbəb olduğunu bildirib:
"Oyunumuz ümumilikdə alındı. Yaxşı qol imkanlarımız olsa da, təəssüf ki, onlardan istifadə edə bilmədik. Məğlubiyyətə görə günahkar özümüzük. Rəqibimiz sadə səhvlərimizi bağışlamadı. Xırda səhvlər edib rəqibin fərlənməsinə şərait yaratdıq. İkinci hissədə oyunumuzu düzəltdik, qol vurduq, nəzarəti ələ aldıq. Təəssüf ki, son saniyələrdə qol buraxdıq".
Mütəxəssis bəzi oyunçuların qələbə üçün kifayət qədər əzmkarlıq göstərmədiyini və bunun bütün komandaya zərər vurduğunu xüsusi vurğulayıb:
"Qələbə qazanmaq üçün meydanda bütün gücünü sərf etməli, bir növ "ölməlisən". Komandanın yarısı bunu edirdi, bir qisim futbolçumuz isə etmirdi. Futbolda qələbə istəyirsənsə, bunu hamı istəməli, hamı güc sərf etməlidir. Kimsə aldatmağa çalışırsa, bunun əziyyətini komanda çəkir".
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?