"Neftçi" - "Qarabağ" matçında yaşananlara görə cərimələr açıqlandı

"Neftçi" - "Qarabağ" matçında yaşananlara görə cərimələr açıqlandı
ÖLKƏ FUTBOLU 29 Aprel 2026 / 15:16 382
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 29-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

 “Neftçi” – “Qarabağ” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə klub 5000 manat cərimə edilib.
 
Oyunda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.
 
Görüşdə "Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Qarabağ” komandası 7000 manat cərimə edilib.


Son xəbərlər
topaz banner