"Porto" klubu Portuqaliya çempionatının "Tondela" ilə keçirilən matçında (2:0) azarkeşlərinin qeyri-etik davranışı səbəbindən maliyyə sanksiyasına məruz qalıb.
QOL.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının İntizam Şurası klubu ümumilikdə 10 min 144 avro məbləğində cərimələyib. Cərimənin böyük hissəsi qarşılaşmanın son dəqiqələrində "Super Draqoes" azarkeş qrupunun "Benfika"nın baş məşqçisi Joze Mourinyonun ünvanına səsləndirdiyi təhqiramiz şüarlarla bağlı olub.
Məlumata görə, azarkeşlər həmçinin "Sportinq"in prezidenti Frederiko Varandaşı, "Benfika" klubunu və "Tondela"nın qapıçısını təhqir etdikləri üçün 1224 avro, pirotexniki vasitələrdən istifadəyə görə isə 4460 avro əlavə cərimə ödəyəcəklər. İntizam Şurası bu davranışları ictimai asayişin və insan ləyaqətinin ciddi şəkildə pozulması kimi qiymətləndirib.
Qeyd edək ki, məlumata görə, tərəfdarlar matçdan əvvəl paytaxt derbisində "Benfika"nın "Sportinq" üzərində qələbə qolunu da coşğu ilə qeyd ediblər.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi