"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Ağdam klubundakı çıxışı ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, brazliyalı yarımmüdafiəçi ölkəsinin "Metropoles" nəşrinə açıqlamasında "Qarabağ"da unudulmaz günlər keçirdiyini bildirib:
“Əməyin dəyərləndirilməsi çox gözəl hissdir. Təxminən 14 ilə yaxın "Qarabağ"ın üzvü olmuşam. Bunun 10 il yarımını əsas heyətin dəyişməz üzvü oldum, digər 2-3 ildə isə əsas və ehtiyat oyunçu kimi çıxış etdim. Həmişə baş məşqçinin etimadını hiss edirdim. Klubda həm meydanda, həm də meydandan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, komandaya başqa cür kömək edirdim, məsələn, paltardəyişmə otağında dəstək verirdim”.
Almeyda "Qarabağ"da uşaqlıq arzularının həyata keçdiyini də deyib: “Futbol belədir. Allaha şükürlər olsun ki, çox çalışdım və hər şey yaxşı alındı. Bu hiss möhtəşəmdir. Uşaq vaxtı Çempionlar Liqasına baxanda atama deyirdim ki, bu turnirdə oynamaq istəyirəm. Şükürlər olsun ki, buna nail oldum. Qrup mərhələsində bir dəfə çıxış etdim. Amma bundan əvvəl dəfələrlə pley-off oynadıq və bir neçə il buna çox yaxın olduq”.
Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olmuş Almeyda 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edib. O, 376 oyunda 64 qol vurub. Almeyda 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 dəfə rəqib qapılarına yol tapıb. Riçard Almeyda bu ilin martında Braziliyanın D Seriyasında çıxış edən “XV de Piraçiçaba” klubuna keçib.
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə
Azərbaycan güləşçilərindən 8 medal
Azərbaycan klubundan Pakistan millisinə çağırıldı
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
“Fənərbaxça” Dirk Kuytla yollarını ayırdı
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
"Artıq Almaniyada oynaya bilmərəm"
“Sabah”a məğlubiyyətdən sonra istefaya göndərildi
Puxaç Polşa klubuna qayıtmaq istəyir
Haalandın aldığı 432 illik kitab sərgiyə çıxarıldı
“Qarabağ”ın daha bir futbolçusunu transfer etmək istəyirlər
Tanınmış jurnalistə bu klubda vəzifə verildi
Afrikada ilin ən yaxşı futbolçusu adına 10 namizəd
“Real”ın futbolçusu Türkiyə ilə oyunu buraxacaq
Van Deyk gələcəyi haqda: "Müqavilə uzadılmasa..."
Kukurelya Arda Gülerdən danışdı