Ötən gün Tbilisi Arenada Gürcüstanla keçirilən yoldaşlıq oyununda Azərbaycan Futzal millisinin ilk qolunu vuran Nihad İsmayılov görüş haqda fikirlərini bildirib.
QOL.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyətdən sonra Azərbaycan Futzal Federasiyasına açıqlamasında deyib:
"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından biz üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb olunan gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir".
N.İsmayılov Gürcüstanla keçiriləcək ikinci görüşdən də danışıb: "Bu rəqiblə aprelin 11-də yenə qarşılaşacağıq. Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna komandamız yaxşı tərəfdən seçilir. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq”.
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi