DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək

DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
DÇ-2026 6 Mart 2026 / 23:08 1094
-  A +

İtaliya millisinin meneceri Canluici Buffon komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə istefa verəcək.

QOL.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki,  "Yuventus"un keçmiş qapıçısı milli komandanın pley-off mərhələsində yaxşı çıxış edəcəyinə inanır. Lakin o bildirib ki,  "Azzurra" ardıcıl üçüncü dəfə turnirə vəsiqə qazana bilməsə, istefa verəcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda oynanılacaq pley-off mərhələsi 26-31 mart tarixlərində keçiriləcək. İtaliya ilk oyununda Şimali İrlandiya ilə qarşılaşacaq. 

Daha çox


Son xəbərlər
06.03.26  12:15

"Sabah"ın yubiley qolu

topaz banner