Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
QOL.az xəbər verir ki, qarşılaşmaların hamısı eyni gündə oynanılıb.
Türkiyə təmsilçisi "Samsunspor" Şimali Makedoniyada "Şkendiya"nın qonağı olub və 1:0 hesablı qələbə qazanıb.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi KuPS (Finlandiya) – "Lex" (Polşa) qarşılaşmasında qonaqlar 2:0 hesablı qələbə qazanıb. Ağayev görüşün 12-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Joslyn Luyeye-Lutumbaya birbaşa qrımızı vərəqə verərək meydandan kənarlaşdırıb. O, 88-ci dəqiqədə hər iki komandanın bir üzvünə sarı vərəqə də göstərib.
Qeyd edək ki, pley-offun cavab qarşılaşmaları fevralın 26-da keçiriləcək.
19 fevral
UEFA Konfrans Liqası, pley-off mərhələsi, ilk oyunlar
KuPS (Finlandiya) – "Lex" (Polşa) - 0:2
Qollar: Kozubal, 9. İmsahil, 41.
Qırmızı vərəqə: Coslun Luyeye-Lutumba, 12 (Kups)
"Noa" (Ermənistan) – "Alkmar" (Niderland) 1:0
Qol: Hambardzumyan, 53.
"Zrinski" (Bosniya və Herseqovina) – "Kristal Pelas" (İngiltərə) - 1:1
Qollar: Abramoviç, 55 – Sarr, 44.
"Siqma" (Çexiya) – "Lozanna" (İsveçrə) - 1:1
Qollar: Şturm, 58 – Oyedeji, 22.
"Yagelloniya" (Polşa) – "Fiorentina" (İtaliya) - 0:3
Qollar: Ranyeri, 53. Mandraqora, 66. Pikkoli, 81-pen.
"Şkendiya" (Şimali Makedoniya) – "Samsunspor" (Türkiyə) - 0:1
Qol: Marius, 77.
"Drita" (Kosovo) – "Çelye" (Sloveniya) - 2:3
Qollar: Krasniqi, 59. Balay, 75 – Kuçis, 19. Avdili, 41. Poplatnik, 90+4.
"Omoniya" (Kipr) – "Riyeka" (Xorvatiya) - 0:1
Qol: Adyey, 87.
“Çelsi” onu hədəfə aldı
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər