Afrika Millətlər Kubokunun finalındakı məğlubiyyətdən sonra Mərakeş tərəfi sərt addımlar atmağa hazırlaşır.
QOL.az xəbər verir ki, qurum Afrika Futbol Konfederasiyası (CAF) və FİFA-ya qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır.
Federasiyanın "X" hesabında yayılan bəyanatında deyilir:
"Kral Mərakeş Futbol Federasiyası Seneqal yığmasının final matçında iştirakdan imtina cəhdi və hakimin penalti qərarından sonra baş verən hadisələrlə əlaqədar CAF və FİFA-nı məhkəməyə verməyə hazırlaşır. Halbuki ekspertlər hakimin qərarını doğru hesab ediblər. Yaşananlar görüşün gedişatına və futbolçuların oyununa ciddi təsir göstərib".
Bununla yanaşı, qurum azarkeşlərə də müraciət edib:
"Federasiya milli komandaya sadiq qalan və bütün oyunlarda nümunəvi dəstək nümayiş etdirən Mərakeş azarkeşlərinə səmimi təşəkkürünü bildirir. Həmçinin bu qitə turnirinin uğurla keçirilməsinə töhfə verən hər kəsə minnətdarlığımızı çatdırırıq".
Xatırladaq ki, qarşılaşma zamanı Seneqalın qapısına təyin olunan mübahisəli penaltidən sonra baş məşqçi Pap Tyav etiraz əlaməti olaraq komandanı meydandan çıxarıb, bu fonda yığmanın azarkeşləri isə meydana daxil olmağa cəhd ediblər. Daha sonra ulduz futbolçu Sadio Mane komanda yoldaşlarını soyunub-geyinmə otağından geri qaytarıb və oyun davam edib. Seneqal millisi finalda əlavə vaxtda Pap Qeyenin vurduğu qolla qələbə qazanıb.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer