Afrika Millətlər Kubokunun finalında yaşanan gərginlik və Seneqal millisinin etirazı FİFA rəhbərliyinin diqqətindən yayınmayıb.
QOL.az xəbər verir ki, "RFI" nəşrinin məlumatına görə, FİFA prezidenti Canni İnfantino Seneqal - Mərakeş matçında baş verənləri, xüsusilə futbolçuların və azarkeşlərin davranışını kəskin tənqid edib:
"Seneqal futbolçularının meydanı tərk edib soyunub-geyinmə otağına yollanmasını qətiyyətlə pisləyirik. Bu, qəbuledilməz davranışdır. Şahidi olduğumuz o dəhşətli səhnələr qınanmalı və bir daha təkrarlanmamalıdır".
Ali futbol qurumunun rəhbəri idmanda zorakılığa yer olmadığını vurğulayıb:
"Meydanı bu şəkildə tərk etmək yolverilməzdir. İdmanımızda zorakılığa dözmək olmaz, bu, sadəcə qəbuledilməzdir. Biz həm meydanda, həm də kənarda hakimlərin qərarlarına hər zaman hörmət etməliyik. Komandalar oyun qaydalarına riayət etməlidirlər, çünki istənilən başqa davranış futbolun mahiyyətini təhlükə altına atır".
Xatırladaq ki, qarşılaşma zamanı Seneqalın qapısına təyin olunan mübahisəli penaltidən sonra baş məşqçi Pap Tyav etiraz əlaməti olaraq komandanı meydandan çıxarıb, bu fonda yığmanın azarkeşləri isə meydana daxil olmağa cəhd ediblər. Daha sonra ulduz futbolçu Sadio Mane komanda yoldaşlarını soyunub-geyinmə otağından geri qaytarıb və oyun davam edib. Mərakeşli Brahim Diaz penaltini qaçırıb, əlavə vaxtda isə Pap Qeye Seneqala qələbə qazandıran qolu vurub.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu