Braziliyalı hücumçu Juninyo Vieyra Meksikanın “Pumas” klubunu seçməsinin səbəblərindən danışıb.
QOL.az xəbər verir ki, 29 yaşlı futbolçu Meksikanın TUDN nəşrinə açıqlamasında “Pumas”ın böyük ənənəsinin onun üçün həlledici amil olduğunu deyib. O, bu klubun tarixən yüksək səviyyədə rəqabət aparmağa öyrəşdiyini vurğulayıb. Juninyo hazırkı komandasını yenidən titullar yoluna qaytarmaq istədiyini bildirib:
“Bu, böyük klubdur. Mən Dani Alvesin buraya gəlişini xatırlatmaya bilmərəm. O, hər şeyi qazanmış futbolçudur və "Pumas"a təsadüfən gəlməmişdi. Bu klub ölkədə böyük hörmətə malikdir və bu, mənim qərarımda çox önəmli rol oynadı”.
Qeyd edək ki, “Pumas” Juninyonu heyətinə qatmaq üçün Braziliyanın “Flamenqo” klubuna təxminən 5 milyon dollar ödəyib. Futbolçu Meksikaya gəlməzdən əvvəl Avropada Azərbaycan çempionu “Qarabağ”ın formasını geyinib və karyerasının ən məhsuldar dövrünü məhz Ağdam təmsilçisində keçirib.

"Əvvəlki klubumda 46 qol vurdum, 15-ə yaxın məhsuldar ötürmə etdim" - deyə o, "Qarabağ" karyerasını yada salarkən bildirib. Juninyo əmin olduğunu deyib ki, "Qarabağ"da nümayiş etdirdiyi oyununu geri qaytara bilər.
Hücumçu “Flamenqo”dakı uğursuz çıxışına da toxunub və həmin mərhələnin onun üçün vacib təcrübə olduğunu bildirib:
“Bu, ölkəmin ən böyük klubudur. Orada əfsanə futbolçular və milli komandanın üzvləri ilə bir yerdə oynadım. Qol baxımından istədiyim nəticəni əldə etməsəm də, həm futbolçu, həm də insan kimi çox şey öyrəndim”.
Juninyo “Pumas”dakı əsas hədəfinin komandanı uzun illərdir davam edən titul həsrətindən xilas etmək olduğunu vurğulayıb. Braziliyalı futbolçu 15 ildir çempionluq qazanmayan klub üçün bütün gücünü ortaya qoyacağını deyib:
“Mənim istədiyim qalib gəlməkdir, azarkeşlərin də istədiyi budur. Bir ifadə var: ağlın istədiyini bədən həyata keçirir. Mənim bütün fikrim çempionluğa köklənib və buna heç kim mane ola bilməz”.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı
Poqba sıradan çıxdı
16 yaşlı futbolçu MLS-dən "Çelsi"yə gəlir
Messi atasının ölümünə görə futboldan uzaq qalacaq
"Kəpəz"dən daha bir transfer
Mövsümün startını buraxacaq
"Mançester Siti" onu icarəyə verdi
PSJ "Parma"nın qapıçısını transfer etdi
Almaniya millisinin hücumçusu "Ştutqart"da
“Sabah” – “Orhus” matçının bütün biletləri satıldı
"Çelsi"nin qapıçısı Fransa klubunda - Rəsmi
Arauxo: "Keyfiyyətlərim Premyer Liqa üçün idealdır"
Ukraynalı qapıçılar "Yuventus"un hədəfində
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi