İngiltərə çempionu "Liverpul" oyunçu qıtlığı ilə üzləşib.
QOL.az xəbər verir ki, "Sky Sport Germany"nin məlumatına görə, klubda yaranmış vəziyyət baş məşqçi Arne Slotu çətin durumda qoyub.
Belə ki, komandanın gənc müdafiəçisi Konor Bredli əməliyyat olunub və bu durumda futbolçu üçün mövsüm artıq başa çatıb. O, "Arsenal"la qolsuz bərabərliklə bitən oyunda (0:0) dizindən ağır zədə almışdı.
Hazırda komandada sağ cinah müdafiəsi üçün yalnız Ceremi Frimponq və Co Qomez qalıb. Lakin Məhəmməd Salahın Afrika Millətlər Kubokuna yollanması səbəbindən Frimponq məcburən hücum xəttində oynadılır. Qomezin isə zədəyə meyilli olması və fiziki durumu ona tam 90 dəqiqə mübarizə aparmağa imkan vermir.
Məlumata görə, "mersisaydlılar" təcili olaraq transfer bazarına üz tutub və yeni sağ cinah müdafiəçisi axtarışına çıxıb.
Qeyd edək ki, mətbuatda Dortmund "Borussiya"sının oyunçusu Yulian Ryersonun adı hallansa da, onun İngiltərə klubunun transfer hədəfində olmadığı bildirilib.
Xatırladaq ki, "Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. Qarşılaşma yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu