“Liverpul”un futbolçusu sıradan çıxıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın cinah müdafiəçisi Konor Bredli İngiltərə Premyer Liqasında "Arsenal"la baş tutan (0:0) matçda aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.
Klub hələki yaxın günlərdə əməliyyat olunacaq futbolçunun yaşıl meydanlara qayıtması ilə bağlı açıqlama verməyib. İlkin məlumata görə, müdafiəçi cari mövsümdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, 22 yaşlı Bredli bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, futbolçunun "Liverpul"la hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. Qarşılaşma yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı