"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen komandanın Səudiyyə Ərəbistanındakı təlim-məşq toplanışını tərk edib.
QOL.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb. 33 yaşlı qolkiper zədə səbəbindən düşərgədən ayrılıb.
Məlumatda bildirilib: "Mark-Andre ter Ştegen zədə səbəbindən Səudiyyə Ərəbistanında "Barselona"nın heyətindən kənarlaşdırılıb. Bu, ter Ştegenin başqa bir kluba mümkün transferlə əlaqəli deyil. Hazırda tibbi müayinə təyin olunub".
Daha əvvəl futbolçunun qış transfer pəncərəsində klubdan ayrılmaq ehtimalının olduğu bildirilmişdi.
Qeyd edək ki, "Barselona" Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkubokunda iştirak edəcək. Bu gün komanda yarımfinalda "Atletik" ilə qarşılaşacaq.
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı