Amorim: "Qorxuram"

Amorim: "Qorxuram"
XƏBƏR 25 Noyabr 2025 / 13:14 580
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın hazırkı durumu haqda danışıb.

QOL.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 12-ci turunda "Everton"a uduzduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Mütəxəssis deyib: "Qorxuram. Keçən mövsümün əhval-ruhiyyəsinə qayıtmaqdan qorxuram. Məni ən çox narahat edən budur. Biz birlikdə işləməliyik. Oyunçular çalışırlar, lakin biz daha yaxşı olmalıyıq".

Qeyd edək ki, portuqaliyalı Amorim 2024-cü ilin noyabrından "Mançester Yunayted"i çalışdırır. 


Son xəbərlər