“Neftçi”nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Nəsə danışmağın mənası yoxdur. Bərbad... Biabırçılıqdır...
- İki dəfə hesabda önə keçsəniz də, dərhal qapınızda qol görürdünüz. Bunu nə ilə əlaqələndirmək olar?
- Qol vurub autdan, yaxud künc zərbəsindən sonra qapımızda qol görürüksə, deməli, problem var. Çox yaxşı şanslarımız oldu. Boş qapıya qol vura bilmirik. Autdansa qol buraxırıq. Faciədir...
- Konkretləşdirsək, məğlubiyyətin səbəbini nədə görürsünüz?
- “İmişli”nin yaxşı oyun üslubu var. Müdafiədə otururlar, rəqibi əks hücumda yaxalamağa çalışırlar. Üstəlik, standart vəziyyətlərdən də yaxşı faydalanırlar. Biz isə çox bərbad oynadıq.
- Vurduğunuz qol baxımlı alındı. Bunun üzərində məşqlərdə xüsusi çalışmışdınız?
- Uduzmuşuqsa, qol barədə danışmağın xeyri yoxdur.
- “Neftçi”nin məşqçisi Mübariz Orucov komandanın uyğunlaşma baxımından problem yaşadığını deyir. Bu fikirlə razısınız?
- Hücumda pis oynamırıq. Epizodlar yaradırıq. Qollar vururuq. Lakin komanda şəklində müdafiədə çox zəif çıxış edirik.
- Turdan tura “Neftçi”nin avrokuboklar şansı azalır. Bu məqam sizi narahat edir?
- İndi şanslar barədə danışmaq çətindir. Azarkeşlərin gözlədiyi başqadır, bizim oynadığımız başqa... Biabırçılıqdır
- Növbəti turda “Neftçi”ni çətin Tovuz səfəri gözləyir...
- Çətin deyəndə, onsuz da evdə də uda bilmirik. Deyiləsi bir şey yoxdur. İstənilən halda həmin görüşdə də əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, onlar üçün nəticə qazanaq.
- Bu tur “Qarabağ” və “Zirə”dən başqa digər iddialıların hamısı xal itirmişdi. Komanda qələbə qazanmaqla turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıra bilərdi...
- Bəli, ola bilərdi, amma olmadı.
- Azarkeşlər mövsümdə ilk dəfə olaraq “İstefa” şüarı səsləndirdilər. Sizcə, indiki məqamda baş məşqçi dəyişikliyi “Neftçi”yə nə dərəcədə faydalı olar?
- Bu suala cavab verə bilmərəm. İstəyərəm davam edək, yaxşı nəticələr olsun. Lakin bilmirəm necə olacaq. “Neftçi” üçün xeyirlisi nədirsə, o olsun.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı