Qlobal texnoloji şirkət “Yango Group”a daxil olan “Yango Azerbaijan”şirkəti və Azərbaycan Cüdo Federasiyası “Yol ver, qalib gəl” təşəbbüsünü təqdim edib. Layihə yolda davranış etikası ilə bağlıdır və cüdonun əsas prinsiplərini gündəlik avtomobil idarəçiliyinə tətbiq edir.
Layihənin əsas siması cüdo üzrə Olimpiya və dünya çempionu Hidayət Heydərov olub. Əməkdaşlıq çərçivəsində “Yango Azerbaijan” balans, qarşı tərəfə hörmət və özünə nəzarət kimi keyfiyyətlərin sükan arxasında təhlükəsiz və soyuqqanlı davranışa necə kömək etdiyini əyani şəkildə göstərən rəqəmsal layihə hazırlayıb. Layihə ilə xüsusi olaraq açılmış saytdan tanış olmaq olar:https://yango.com/az_az/lp/judo/

Birgə təşəbbüsün ideyası sadədir: cüdoda əsas qayda sakit qalmaq, məkanı hiss etmək və vəziyyətə impulsiv yox, düşünülmüş şəkildə reaksiya verməkdir. Yolda da eyni prinsiplər keçərlidir — aqressiyaya cavab verməmək, diqqətli, toparlanmış və başqa hərəkət iştirakçılarına qarşı hörmətli olmaq.
“Cüdonun dəyərləri tatami ilə məhdudlaşmır. Birgə layihəmiz intizam və özünə nəzarətə həsr olunub — bu keyfiyyətlər yollarda təhlükəsizliyi birbaşa artırır. Hər şey özünə, qaydalara və digər hərəkət iştirakçılarına hörmətdən başlayır. Peşəkar idmançılarla birgə təşəbbüsümüz sayəsində məqsədimiz yol münaqişələrinin səviyyəsini azaltmaq, sürücülərə təmkinli və inamlı davranmağa, sərnişinlərə isə daha rahat hiss etməyə kömək etməkdir. Biz cüdo prinsiplərini aydın və tətbiqolunan yol davranışlarına çeviririk. Bu, bizim üçün sadəcə kampaniya deyil, Bakının və bütövlükdə ölkənin şəhər mobilliyi və həyat keyfiyyəti mədəniyyətinə töhfədir.”,-deyə “Yango Azerbaijan”ın rəhbəri Müşviq Həsənov bildirib.

“Yol ver, qalib gəl” rəqəmsal layihəsi çərçivəsində istifadəçilər cüdonun hörmət, nəzakət, cəsarət və özünə nəzarət kimi dəyərlərinin yolda harmonik münasibətlərin qurulmasına necə kömək etdiyini, məsələn, sürücülər qəza işıqları ilə təşəkkür və üzr bildirməyi, siqnalları nəzakətli şəkildə ötürməyi, xüsusi nəqliyyat vasitələrinə yol verməyi, eləcə də münaqişəli vəziyyətlərdə soyuqqanlı qalmağı və zərurət olduqda “Yango Təhlükəsizlik Mərkəzinə” müraciət etməyi öyrənirlər. Bakıda fəaliyyət göstərən ən yaxşı sürücü-tərəfdaşlar təşəbbüsün əsas prinsiplərinə sadiqliyi nümayiş etdirmək üçün avtomobilə yapışdırılan xüsusi stikerlər əldə edəcəklər.
Qeyd edək ki, bir müddət əvvəl “Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyası strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əməkdaşlığın əsas istiqamətləri idmana marağın artırılması, eləcə də şəhər mobilliyinin və rahat mühitin inkişafıdır.
Layihəyə necə qoşulmaq olar:
Yango Azerbaijan-ın rəqəmsal kanallarında “Yol ver, qalib gəl” layihəsinin materialları ilə tanış olun.
Yolda nəzakətli və təhlükəsiz davranış nümunələrinizi paylaşın və sükan arxasında hörmət mədəniyyətini dəstəkləyin.
Layihə haqqında:
“Yol ver, qalib gəl!” — “Yango Azerbaijan” və Azərbaycan Cüdo Federasiyasının birgə sosial təşəbbüsüdür. Layihənin məqsədi yolda qarşılıqlı hörmət mədəniyyətini gücləndirmək, münaqişə hallarını azaltmaq və ümumi təhlükəsizliyi artırmaqdır. Bu məqsədə cüdonun prinsipləri — hörmət, cəsarət və özünə nəzarət — vasitəsilə nail olunur. Layihənin əsas siması Olimpiya və dünya çempionu Hidayət Heydərovdur.
Yango Azerbaijan haqqında:
“Yango Azerbaijan” 2022-ci ildən bəri taksi sifarişi və çatdırılma xidmətləri göstərir. 2024-cü ildə şirkət ölkədə ictimai nəqliyyatda marşrut planlaşdırma, “Market” ərzaq çatdırılması və “Yemək” restoran yeməklərinin çatdırılması xidmətlərini də istifadəyə verib.
Yuxarı
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu