"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Danimarka təmsilçisinin baş məşqçisi Yakob Nestrup jurnalistlərin suallarını cavablandırıb:
- Gözlədiyiniz "Qarabağ"ı gördünüz?
- Biz əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik. Bizi çox çətin oyun gözləyirdi. Bunun da şahidi olduq. 50/50-ə oyun getdi. "Qarabağ" çox yüksək keyfiyyət nümayiş etdirdi. Birinci hissədə onlar mükəmməl vəziyyətdə idi. Biz oyuna zəif başladıq. Ona görə də 1-ci hissədə qol buraxdıq. Fasilədən sonra dəyişiklik oldu, aktivlik göstərdik. Təəssüf ki, 2-3 qol şansını dəyərləndirə bilmədik. İkinci hissədə rəqibdən bir az yaxşı idik. Bərabərliyə nail ola bilərdik. "Qarabağ" qələbəyə layiq idi.
- "Qarabağ"ın "Kopenhagen" tarixində ən güclü rəqiblərdən biri olduğu kimi dəyərləndirə bilərsiniz?
- Bəli, bəli. Təbii ki, bunu deyə bilərik. 2017-ci ildə də qarşılaşmışdıq, bu gün də oynadıq. Səfərdə uduzduq. Biz bütün rəqiblərə həmişə hörmət edirik. Çətin oyun idi. Bunu da gözləyirdik. "Qarabağ"ın da Avropa təcrübəsi var. Biz ÇL-də son 3 mövsümdə 3 dəfə oynamışıq. "Qarabağ"ın mükəmməl, yüksək texnikası olan oyunçuları var. Qurban Qurbanov da əla məşqçidir. Neçə illərdir ki, komandanın sükanı arxasındadır. Ona hörmətlə yanaşıram. "Qarabağ" bu gün yaxşı vəziyyətdə olduğunu nümayiş etdirdi. Bundan sonrakı matçlarda da "Qarabağ"a uğurlar arzulayıram.
- Stadiondakı azarkeş dəstəyi məğlubiyyətinizə nə dərəcədə təsir etdi?
- Bu gün bizim məğlubiyyətimizin atmosferlə əlaqəsi yoxdur. Əvvəlki matçlarda da bu cür atmosferlərə bələdik. Enerjini hiss etdim. Başa düşdük ki, azarkeşlər "Qarabağ"la fəxr edirlər.
- "Qarabağ" sürpriz uğurlu çıxışı ilə pley-off mərhələsində ola bilər?
- Sürprizlər ola bilər. İnkişaf vacibdir. Liqa mərhələsində çox oyunlar var. Hələ ki, hər kəs inanmalıdır. "Qarabağ" da bunu edə bilər. Biz də burada uduzsaq da, hər şeyin sonu demək deyil. Bundan sonrakı oyunlarda hər bir sürprizə hazır olmaq lazımdır (sportal.az)
A seriyasında yeni qərar
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi
Filipe Luislə müqavilə uzadıldı
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi