“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyo Misli Premyer Liqasının 5-ci turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- 5 qolla qalib gəldiyiniz. Böyük hesablı qələbəni necə şərh edərdiniz?
- Qələbənin memarı komandamızı saymaq olar. Çox yaxşı oyun keçirdik. Rəqibin səhvlərindən yararlandıq və qələbə qazandıq.
- UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”ya 3:2 hesabı ilə qalib gəldiyiniz oyunun ən yaxşısı seçildiniz. Təəssüratlarınız necədir?
- Bu mükafatı qazandığım üçün xoşbəxtəm. Lakin bu, təkcə mənim əməyim deyil. Komanda yoldaşlarımın da bunda böyük rolu oldu. Bu, birgə əməyimizin nəticəsidir.
- Bunu indiyə qədər qazandığınız fərdi mükafatlar arasında ən yaxşı hesab etmək mümkündür?
- 100 faiz.
- “Qarabağ”a gələrkən təsəvür edirdiniz ki, qısa zamanda bu səviyyəyə yüksələcək və Çempionlar Liqasında həftənin simvolik komandasına düşəcəksiniz?
- Dostlarımla, ailə üzvlərimə bu barədə zarafat edirik. Bu, yuxu kimidir. Çempionlar Liqasının əsas mərhələsində oynamaq və ən yaxşı seçilmək çox xoşdur.
- Qarşıdan “Kopenhagen”lə oyun gəlir. Razısınız ki, “Benfika” üzərində qələbədən sonra “Qarabağ”dan gözləntilər çoxdur?
- “Benfika” ilə görüş artıq arxada qalıb. Göydə uçmamalıyıq, ayaqlarımız yerdə olmalıdır. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirsək, hər şey yaxşı olacaq.
Messinin 400-cü assisti
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
"Araz-Naxçıvan" “Karvan-Yevlax”a belə qalib gəldi - Video
“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü
"Oyunla bağlı çox danışmaq istəmirəm" - Elmar Baxşıyev
"Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır" - Azər Həşimov
“Zirə" - "Turan-Tovuz" : Heyətlər
Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Azərbaycan derbisi üçün bütün biletlər satıldı
Ançelottidən Neymara məsləhət
"Napoli"nin gözü "Mançester Yunayted"in futbolçusunda
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər
Haaland: "Qvardiola dahidir"
Azərbaycan derbisinə doğru: Futbolçular
"Liverpul" onunla yeni müqavilə imzalayır
Poçettino: "Premyer Liqaya qayıdacağam"