“Qarabağ”ı Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlməsinə görə təbrik edirəm. Azərbaycanı ikinci dəfə bu mötəbər turnirdə təmsil edəcəklər. Çempionlar Liqasında zəif rəqib olmur. Məncə, “Çelsi” istisna olmaqla evdə qarşılaşacaqları rəqiblər nisbətən münasibdir”.
Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib.
“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibləri haqda danışan Hüseynov qeyd edib ki, “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka) və “Ayntraxt”la (Almaniya) görüşlərdə nəticə əldə etmək olar:
“Qarabağ” “Ayaks”la bir dəfə oynayıb. Çox yaxşı çıxış etmişdilər. Qırmızı vərəqə almasaydılar, qalib də gələ bilərdilər. “Ayntraxt”ı da tanıyırıq, “Kopenhagen”i də. Məncə, evdə bu komandalara qarşı oynamaq mümkündür. Həm də “Qarabağ” onları tanıyır. O ki qaldı səfər matçlarına, bu oyunlar daha çətin olacaq. Həm səfərdə olduğuna görə, həm də digərlərindən güclüdürlər. Söhbət “Liverpul”, “Napoli”, “Atletik” və “Benfika” kimi klublardan gedir. Amma inanıram ki, “Qarabağ” hər bir oyuna yaxşı motivasiya ilə çıxacaq və azarkeşləri sevindirəcək. Azərkeşlərdən söz düşmüşkən, “Qarabağ”ın bu sarıdan problemi yoxdur. Bakıdakı hər görüşdə stadion dolur. Bütün Azərbaycan “Qarabağ”ı dəstəkləyir. Komanda həmişə bu azarkeşlər qarşısında yaxşı oyun göstərir. Düşünürəm ki, Bakıdakı oyunlarda “Qarabağ” yaxşı nəticələr əldə edə bilər”.

Yunis Hüseynov
Y.Hüseynov “Qarabağ”ın turnirdə xallar yığa biləcəyinə inanır: “Məncə, 5-6 və daha çox xal yığa bilərlər. Çünki Çempionlar Liqasında oynamaq hər bir futbolçunun arzusudur. “Qarabağ”ın futbolçuları da o hissi yaşayırlar və özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Məncə, o istəklə qələbələr qazanmaq olar”.
Y.Hüseynov “Qarabağ”ın yeni hücumçu transferini həyata keçirə bilməməsinə də toxunub: “Qurban müəllim özü də düşünür ki, bir hücumçu ala bilsələr, daha yaxşı olardı. Hər halda klub da buna çalışırdı. Amma mənə elə gəlir ki, Nəriman Axundzadə son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Bu heyətlə Liqa mərhələsinə düşüblərsə, deməli bundan sonra da nəsə əldə etmək olar”.
Azərbaycan millisinin keçmiş hücumçusu yığmamızın DÇ-2026-nın seçmə mərhələsində sentybarın 5-də səfərdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna ilə keçiriləcək oyunları haqda da danışıb: “Hər iki görüş çətin olacaq. Əsas da Ukrayna ilə oyun. İslandiya həmişə güc futboluna üstünlük verir, biz isə topla oyuna. Həmişə bu cür ikinci mərtəbədən oynayan komandalara qarşı çıxış etmək bizim üçün çətin olur. Yəni indiyə qədər belə komandalara qarşı oyunlarda yaxşı nəticələr əldə etməmişik. İkinci mərtəbədə oynamaqla bağlı axsamalarımız var. İslandiya da güc futbolu oynayacaq. Buna baxmayaraq, seçmə mərhələnin ilk oyunudur və məncə, futbolçularımız millidə oynadıqları üçün qürur hissi keçirirlər. Yeni futbolçular da var. Onlar da var güclərini ortaya qoyacaqlar. Bu halda nəticə əldə etmək olar. Amma qeyd edim ki, çox çətin oyunlardır”.
Ramiq Ağaməmmədov
Yamal bu göstərici ilə La Liqanın ən yaxşı oyunçusu oldu
Salah yenidən Səudiyyə Ərəbistanı klublarının hədəfində
"Qarabağ"ı 1/4 finala aparan qələbə - Video
“Arsenal” “Ayntraxt”ın gənc oyunçusuna göz dikdi
“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov
“Yuventus”un müdafiəçisi sıradan çıxdı
Azərbaycan kubokunda növbəti 1/4 finalçılar müəyyənləşdi
"Sabah"ın qələbəsindən - Video
Almaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
“Strasburq”un futbolçusu açıqlamasına görə cəzalandırıldı
“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?
"Qarabağ" - "Karvan-Yevlax": Heyətlər
Dambrauskas: “Bu epizod məni əsəbiləşdirir”
"Şamaxı" 1/4 finala bu qələbə ilə yüksəldi - Video
"Qələbə qazanmaq üçün darıxmışıq" - Ayxan Hüseynov
“İlin yarımmüdafiəçisi” adına namizədlər
Yamal, Levandovski, Mbappe...
"Çelsi"nin keçmiş futbolçusu dünyasını dəyişdi
İlin klubu mükafatına namizədlər hansılardır?
“Benfika” – “Araz-Naxçıvan” oyununun hakimləri
Simeone “Barselona”ya məğlubiyyət haqda
Ronaldo, Benzema...
İlin baş məşqçisi adına finalçılar məlum oldu
Son 68 ildə ilk dəfə
Şamaxıda heyətlər açıqlandı
"İmişli" - "Sabah": Heyətlər
Şevçenkodan "Milan"a məsləhət
"Globe Soccer"in finalçıları açıqlandı
"Real"dan Xabi Alonso qərarı
"Yuventus"u 1/4 finala aparan qələbə - Video
33 illik seriya qırıldı
“Zirə”nin futbolçusu 100-ə çatdı
Haalanddan tarixi nəticə
"Bu, qadın futbolu üçün bayram idi" - Siyasət Əsgərov
"Mançester Siti"nin oyununda 9 qol - Video
Dani Olmo qol vurdu və çiyni çıxdı
"Barselona" "Atletiko"ya qalib gəldi
Millimizi FİFA turnirinin qalibi edən qələbə - Video
"Zirə" "Neftçi"ni kubokdan belə kənarlaşdırdı - Video
“Mançester Siti”nin qapıçısı klubdan ayrıla bilər
"Bu, komandamıza yaraşan bir hərəkət deyil" - Rəşad Sadıqov