“Qarabağ”ın prezidenti Tahir Gözel Ağdam klubunun Çempionlar Liqasında 2025-2026-cı illər mövsümündəki ilk ev oyunu ərəfəsində açıqlama verib.
QOL.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında ÇL-in 2-ci təsnifat mərhələsinin “Şelburn”la İrlandiyadakı ilk matçı (3:0) haqda, Bakıda keçiriləcək cavab görüşündən gözləntiləri və transfer planları barədə fikirlərini bölüşüb:
“Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə 2-ci təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir. Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm.
Komandamızın qələbə əzminə inamım sonsuzdur. "Qarabağ" cavab oyununa da ciddi hazırlaşır. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlərimiz önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağımızı istəyirəm. Azarkeşlərimizi bu qarşılaşmanı stadiondan izləməyə, komandamızı dəstəkləməyə çağırıram. Komandamız onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. “Şelburn” hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komandamız cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək”.
Klub rəhbəri transferlərə də toxunub: “Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram. Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video