“Bilirdik hansı rəqibə qarşı oynayırıq. “Hayduk” Xorvatiyanın ən köklü klublarından biridir. Rəqibi yaxşı analiz etmişdik, boşluqlarını bilirdik. Əfsuslar olsun ki, sadə bir vəziyyətdə qapımızda qol gördük. Sonra nə qədər çalışsaq da, ikinci qolu vurmaq mümkün olmadı”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Rövlan Muradov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Xorvatiya “Hayduk”una qarşı keçirilən matç (1:1) barədə danışarkən deyib.
O, Bakıdakı heç-heçədən sonra mərhələ adlamaq şanslarının bərabər olduğunu bildirib: “Cavab oyununa qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. “Hayduk” nə qədər güclü olsa da, səfər görüşündə layiqli mübarizə aparmaq üçün çalışacağıq”.
Matçın sonlarında Muradovun zərbəsi qapı dirəyinə tuş gəldi. 27 yaşlı futbolçu həmin epizodu belə dəyərləndirib: “Zərbəni vuranda ani qərar qəbul etdim. Bunu məşqlərdə də edirəm. Qapını gördüm və zərbə endirdim. Təəssüf ki, bəxt bizdən üz döndərdi və top dirəyə tuş gəldi”.
“Zirə”nin heyətində ilk rəsmi matçına çıxan yarımmüdafiəçi bildirib ki, komandaya asanlıqla uyğunlaşır: “Kollektivdəki futbolçuların bəziləri ilə daha əvvəl bir yerdə oynamışam. Rəşad Sadıqovu da çoxdan tanıyıram. 2018-ci ildə məni o, “Qarabağ”a dəvət etmişdi. Çox istəyirəm ki, daha tez adaptasiya olum və hər bir matçda komandama bacardığım qədər, hətta bacardığımdan da daha çox kömək edim”.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi