“Zirə”nin qapıçısı Tiaqo Silva “Hayduk”a qarşı keçirilən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- İlk hissəni öndə bitirsəniz də, yekunda meydandan heç-heçə ilə ayrıldınız. Qələbə qazanmaq üçün nə çatışmadı?
- Məqsədimiz bəllidir. Evdə oynadığımız üçün ən azından 1-2 top fərqi ilə qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. Performansımızla göstərdik ki, Avropanın ikinci dərəcəli adlı-sanlı klublarına qarşı oynaya bilərik. Bu matç artıq geridə qaldı. İndi cavab oyununa hazırlaşmalıyıq.
- Uzun müddətdən sonra ilk dəfə rəsmi oyuna çıxdınız. Hər hansı bir narahatlıq hiss etdinizmi?
- Təbii ki, istənilən oyunçu 4-5 ay futboldan kənarda qalırsa, inama ehtiyacı olur. Açığı, bir qədər çətin idi. Xüsusən də psixoloji olaraq. Lakin məşqlərdə özümə olan inamı qaytara bildim. Kollektivə təşəkkür edirəm. Xüsusən də baş məşqçimizə. Bu cür rəqibə qarşı oynamaq heç də asan deyildi. Ümumilikdə performansımdan razıyam.
- Bir ara komandadan gedəcəyiniz barədə xəbərlər yayılmışdı. Sizi “Zirə”də saxlayan nə oldu?
- Müəyyən problemlər ola bilər. Amma bunlar keçmişdə qalıb. Keçmişi yada salmaq istəməzdim. “Zirə” ilə müqaviləm var. Hər birimiz peşəkarıq. Komandada olmaqdan məmnunam.
- Cavab matçı 11 metrlik cərimə zərbələrinə qədər uzana bilər. Bu halda azarkeşlər sizdən ötən il olduğu kimi, yenə də penaltilər seriyasında möcüzə gözləyə bilər?
- Əslində, cütün taleyini 90 dəqiqədə həll etmək istərdik. Lakin hər şey penaltilərə qədər uzansa, komandamın uğuru üçün əlimdən gələni edəcəyəm.
- “Hayduk”la matç sizə doğma olmayan “Neftçi Arena”da keçirildi. Bu məqamın hər hansı bir təsiri oldu?
- Bu arenanın bizə yad olduğunu düşünmürəm. Təəssüf ki, “Zirə” Olimpiya Kompleksinin stadionu avrokubok matçlarını qəbul edə bilmir. “Neftçi” rəhbərliyinə də təşəkkür edirik ki, bizə burada oynamaq üçün şərat yaratdılar. İstənilən halda Bakıda oynayırdıq. Səfər matçında rəqibi 30 mindən artıq azarkeş dəstəkləyəcək. Bugünkü görüşdə bizə dəstək olan hər kəsə minnətdaram.
- “Zirə”nin növbəti mərhələ şansını rəqibin böyük azarkeş kütləsi qarşısında necə dəyərləndirirsiniz?
- İlk oyunda qələbə də qazana bilərdik, uduza da. Səfər matçında azarkeş amili oyunumuza çox təsir etməyəcək. Səfərə qələbə üçün yollanacağıq. Rəqib meydanında qalib gəlməyə çalışacağıq.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video