"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Rəqib bu stadionda oynamaq bizim üçün gərginlik yarada bilərdi. 3:0 hesablı qələbə qazansaq da, bu, o demək deyil ki, onlardan çox üstün idik. Cavab oyununa hazırlaşmağımız vacib olacaq. 3:0 hesabını unutmalı və Bakıdakı matçda daha ciddi olmağımız lazımdır. Azsaylı azarkeşlərimiz var idi, onların hər birinə təşəkkür edirəm. Rəqibə də qarşıdakı oyunlarda uğurlar arzu edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İrlandiyada "Şelburn"a qalib gəldikləri (3:0) matçdan sonra deyib. O, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Cütün taleyi həll olundu?
- Qətiyyən yox. Tam yanlış fikirdir. Bu rəqib məğlub olmağı xoşlamır. "Şelburn" meydanda nə etdiyini bilən komandadır. Ona görə də Bakıdakı matçda burdakından daha diqqətli olmalıyıq.
- Rəqibin təzyiqi zamanı oyun üslubunu dəyişməyi planlaşdırırsınız?
- Xeyr. Rəqib təzyiq göstərirsə, oynamaq asan olmur. Səfərdə oynayırıq və belə termin yoxdur ki, rəqib təzyiq göstərəndə qeyri-adi nəsə edək. Əksinə, rəqibə uyğun oyunumuzu qururuq. Sadəcə ilk oyunumuzdur. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq. Bəlkə də rəqib bizə uyğun olmayan sürətlə, üslubda oynayırdı. Biz meydançada yerləşənə kimi 1-2 ötürmə ilə hücuma çıxa bilirdilər. Müdafiəçilərimiz bərk durdular, rəqibin hücumçularına imkan vermədilər. Bu oyunda həddindən artıq riskə getməli deyildik.
- Daha əvvəl İrlandiyada “Dandalk”la qarşılaşmışdınız. Keçmişdəki oyundan hansısa dərs çıxarmışdınız?
- Futbol gündən-günə dəyişir. Geriyə baxsaq, gələcəkdə uduza bilərik. Ona görə də bu gün üçün hazırlaşırıq. Rəqibə uyğun hazırlaşmışdıq. Amma hər iki matçda – həm bu, həm də “Dandalk”la görüşdə gərgin dəqiqələr oldu. Bu da normaldır. İndi hamı düzgün hücum qurmağı, müdafiə olunmağı bacarır. Komandalar keyfiyyətlərini artırırlar. Belə oyunlar bizimçün əlavə təcrübə olur.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video