"Maraqlı oyun alındı. Mövsümün birinci oyunu olsa da, hər iki komanda meydanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda "Hayduk"la keçirilən oyunundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Hər iki komanda bir-birindən səhv gözləyirdi. Elə oldu ki, rəqib səhvi buraxdı, biz qol vurduq. Hesabı artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu. İkinci qolu vursaydıq, fərqli sonluq olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi. Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım. Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 qələbə, 1:1, ya 0:1 ikinci oyun öncəsi üstünlük yaratmır. Qələbəyə yaxın idik. Taleyimizlə barışıb, önümüzə baxırıq. Hər şey Splitdə bəlli olacaq. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə “Hayduk” üzərində qələbə qazanaraq mərhələ adlayaq. Şanslar bərabərə olacaq. Azarkeş dəstəyi rəqibdə olacaq. Bu tip oyunlara hazırıq. Sonuna qədər əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. Kim üstün olacaq, zaman göstərəcək. Çalışacağıq ki, hər şey biz istədiyimiz kimi olsun".
R.Sadıqov yeni transferlərin oyunu haqda da danışıb: "Konate, Rövlan yaxşı oynadı, Abdulaziz fürsət tapmadı ki, özünü göstərsin. Bütün zədəlilərimiz formaya qayıtdıqdan sonra daha güclü, heyəti geniş komanda olacağıq".
"Zirə"nin çalışdırıcısı sonradan meydana çıxan Ceyhun Nuriyevi əvəzləməyinin səbəbini belə izah edib: "Mətbuat konfransında futbolçuların fərdi çıxışını dəyərləndirmirəm. 35-40 dəqiqə meydanda oldu. Rəqib o cinahdan üstünlük yaratdı, qolu da oradan vurdular. Ona görə də Rövlan Muradovu o mövqeyə buraxdıq ki ən azından rəqibin təhlükəsinin qarşısını alaq. Papunaşvilini çıxara bilərdik. Qol vurmaq istəyirdik. Onun kimi usta futbolçunun meydanda olmasını istəyirdik".
R.Sadıqov hakimlik haqda da danışıb: "Uzun illərdir ki, 90-95 faiz hakimlərin simpatiyası rəqiblərdə olur. Ciddi səhv olmadı. Amma xırda foulları onlara verirdi. Bu şeylərə hazıram. Bilirik ki, hakimlərin bir az da olsa, simpatiyası rəqibdə olur.
Mütəxəssis "Hayduk"u “Zirə” üçün münasib rəqib hesab edirsiniz?" sualına belə cavab verib: "Bu fikirlər bizə nə qazandıracaq? Püşkü gözləyirik. Püşkə uyğun rəqibə hazırlaşırıq. Qonsalo Qarsiyanın gəlişindən sonra “Hayduk” tam fərqli oyun üslubunda oynayır".
R.Sadıqov sabiq futbolçusu Salifu Sumanın "Malmö"yə keçidindən də danışıb: "Bizim üçün də çox önəmlidir ki, oyunçumuz skautların diqqətini cəlb edib. Salifudan sonra elə çıxış edəcəyik ki, komandamıza daha çox diqqət olacaq. Salifuya görə çox sevinirəm. Ona demişdim ki, Avropa səviyyəsində futbolçu ola bilirsən. Sadəcə bir-birimizi eşitməliyik. Qışda da çoxlu təklifləri var idi. Hər birində gəlirdi, mənimlə danışırdı, deyirdim ki, tələsmə. Elə oldu ki, yay fasiləsində bir çox təkliflər var idi, amma sonda qərara gəldik ki, “Malmö" olacaq. Ondan çox pul təklif edən var idi. Amma avrokuboklarda olan komanda olsun ki, Salifu bundan sonra daha yaxşı ölkələrə getsin. Potensialı, işinə düzgün yanaşması var. "Malmö"də əlindən gələni etməlidir ki, ustalığını artırsın. Daha da çoxunu edə bilər. Ona uğurlar arzulayıram. “Hayduk”la oyundan öncə Sumanı itirirsənsə, çox ciddi itkidir. O mövqedə 3 oyunçunu yoxladıq. Birdən-birə Sumanın effektini verməsi asan deyil. Salifuya uğurlar arzulayıram. Onun bu səviyyəyə gəlməsində, transferin baş tutmasında klubda hər kəsin böyük əməyi var".
O, avrokuboklarda iştirak edən digər klublarımızın oyunlarını izlədiklərini qeyd edib: "Hamını izləyirik. “Sabah”ın ev oyununu Boluda komanda şəklində izləyirdik. “Qarabağ”ı da izləyəcəyik, digərlərini də. “Araz-Naxçıvan”ı da izləyəcəyik. Avrokuboklarda hər zaman bütün klublarımızı dəstəkləyirik. “Qarabağ”, “Sabah” və “Araz-Naxçıvan”a uğurlar arzulayıram".
Mütəxəssis xarici klubların Azərbaycandan oyunçu transfer etməklərinə də münasibət bildirib: "Bu ilk növbədə “Qarabağ”ın uğurlu çıxışıdır ki, hamının diqqətini cəlb edir. Sumanın ən uğurlu oyunu “Qarabağ”a qarşı olub. Özümüz də oyunçuları izləyəndə baxırıq ki, futbolçu hansı komandalara qarşı yaxşı oynayıb. “Qarabağ” böyük pay sahibidir ki, artıq futbolçulara diqqət ayrılır. Klublarımız çox yaxşı transferlər edirlər. Bir çox güclü liqalardan oyunçular gəlir. Daha da yaxşı olacaq. Əgər stadionlardakı ot örtüyü yaxşı səviyyədə olsa, oyunlarımız yaxşı səviyyədə keçsə, proses sürətlənəcək".
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
Avropa Liqasında İngiltərə derbisi
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı