"Zirə" "Hayduk"la matçda ciddi itki ilə üzləşdi

"Zirə" "Hayduk"la matçda ciddi itki ilə üzləşdi
ÖLKƏ FUTBOLU 23 İyul 2025 / 20:14 2497
-  A +

"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) keçirilən oyunda ciddi itki ilə üzləşib. 

QOL.az xəbər verir ki,  "qartallar"ın futbolçusu Brahim Konate sıradan çıxıb. 

O, rəqib oyunçu ilə toqquşaraq çiynindən xəsarət alıb və görüşün 39-cu dəqiqəsində Ceyhun Nuriyevlə əvəzlənməli olub. 

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada "Zirə" 1:0 hesabı ilə qalib gəlir. Qolun müəllifi isə məhz Brahim Konate olub. 


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq