"Çelsi"nin kapitanı Ris Ceyms 13 iyulda keçiriləcək klublararası dünya çempionatının final matçı ilə bağlı fikirlərini bölüşüb.
QOL.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, PSJ-yə qarşı keçirəcəkləri görüş haqda deyib:
“Bu, çox yüksək səviyyəli bir oyun olacaq. PSJ hazırda dünyanın ən güclü komandalarından biridir, amma bu finaldır, yalnız bir oyundur. Hər kəs onları favorit sayır, amma mən çox sayda finalda iştirak etmişəm ki, favorit olmuşuq, amma qalib gəlməmişik. Ona görə bu mənim üçün o qədər də önəmli deyil. Hər kəs rəqibimiz barədə danışır, amma biz matça lazımı şəkildə hazırlaşacağıq və qalib gələcəyik.
Çətin bir oyun gözləyirik. Məni səhv başa düşməyin. PSJ möhtəşəm komandadır, amma bizim də çox güclü heyətimiz var. Fikrimcə, çoxlarını təəccübləndirəcəyik. Turnirin əvvəlindən bu günə qədər uzun yol gəlmişik və bazar günü üçün səbirsizlənirik”.
Qeyd edək ki, klublararası dünya çempionatının finalı 13 iyul tarixində ABŞ-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri