"Qarabağ" heyətini növbəti transferlə gücləndirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Kris Kuaku ilə anlaşıb. Fil Dişi Sahilindən olan 25 yaşlı yarımmüdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.
Kuakunun son klubu Portuqaliya "Mafra"sı olub. O, karyerası ərzində 152 oyuna çıxaraq 5 qol vurub və 4 qolun ötürməsini edib.
Qeyd edək ki, peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.
Xatırladaq ki, "Qarabağ" bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması