"Sumqayıt" futbolçusu Silvanus Nimeli ilə yolları ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Gənclik şəhəri" təmsilçisi ilə forvard arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub 26 yaşlı hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, liberiyalı futbolçu ötən ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.
Xatırladaq ki, "Sumqayıt" bunadək Vaqif Cavadov (baş məşqçi), Vüqar Mustafayev (karyerasını başa vurub), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikovla vidalaşıb.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması