2025/26 mövsümünə Misli Premyer Liqasının 5 əcnəbi baş məşqçi ilə başlayacaq.
QOL.az-ın xəbərinə görə, bu gün ölkə klublarından daha biri boş qalan baş məşqçi vəzifəsinə əcnəbi mütəxəssis gətirib. Bu, "Sumqayıt" klubu olub.
Ötən mövsümün sonları 37 yaşlı Vaqif Cavadovla yolları ayıran "Sumqayıt" "sükan"ı serbiyalı Saça İliçə həvalə edib.
Beləliklə, yeni mövsümdə Misli Premyer Liqasında iştirak edəcək 12 klubdan 5-nin baş məşqçisi əcnəbi olacaq. Həmin klublar "Turan Tovuz" (Kurban Berdıyev, Rusiya), "Sabah" (Valdas Dambrauskas, Litva), "Qəbələ" (Kaxaber Sxaxdaze, Gürcüstan), "İmişli" (Xorxe Kaskilya, Portuqaliya) və "Sumqayıt"dır (Saşa İliç, Serbiya).
Bəs Saşa İliç kimdir?
Futbolçu kimi "Partizan", "Qalatasatay", "Selta", "Zalsburq"da oynamış 47 yaşlı İliçin məşqçi karyerası çox da zəngin deyil. O, baş məşqçi kimi fəaliyyətə 2021-ci ilin 17 avqustunda ölkəsi Serbiyanın "Çukariçki" komandasında başlayıb və debüt mövsümündə 8 ay işləyib.
Sonrakı illərdə Bolqarıstanda SSKA (Sofiya), Yunanıstanda "Atromitos" və Rusiyada "Pari NN" komandasında fəaliyət göstərib. Hələlik onun məşqçi kimi ən yüksək nəticəsi isə Bolqarıstanda olub. 2022/23 mövsümündə ordu klubu onun rəhbərliyi altında mövsümü 2-ci yerdə başa vurub.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib. 2024-cü ilin mayında bu kluba baş məşqçi təyin edilən İliç komandanı Premyer Liqada saxlaya bilib. Amma onun Rusiya karyerası çox çəkməyib. Baş məşqçi təyin edildikdən cəmi 5 ay sonra - 2024-cü ilin oktyabrında qarşılıqlı razılaşma ilə "Pari NN"lə yolları ayırıb.
Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
Bizi İnstaqramda izləmək üçün keçid et
"İnter"ə qayıdır
"Çelsi"yə qarşı matçı buraxacaq
Tovuz stadionu Konfrans Liqasına görə təmirə bağlanır
Azarkeşlərə görə matçı boykot edə bilərlər
"Barselona"dan yeni rekord
“Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
“Şəfa”ya kubok nə zaman təqdim olunacaq?
Hakimin səhv qərar verdiyi təsdiqləndi - Şəkil
Afrika Millətlər Kuboku dörd ölkədə keçirilə bilər
"Xankəndi"ni çempion edən matçdan - Video
Dembele yenidən zədələndi
Türkiyə millisinin DÇ-2026 üçün - Genişləndirilmiş heyəti