Bu gün Portuqaliyanın Gondomar şəhərində bu həftənin cümə axşamı avtomobil qəzasında dünyasını dəyişən Portuqaliya millisi və “Liverpul”un futbolçusu Diogo Jota, eləcə də onun qardaşı Andrenin dəfn mərasimi keçirilib.
QOL.az xəbər verir ki, Matriz kilsəsinin qarşısında yüzlərlə insan futbol ulduzu Diogo Jota və onun futbolçu olmuş qardaşı Andre üçün təşkil edilən dəfn mərasiminə toplaşıblar.
Diogo Jotanın çıxış etdiyi İngiltərənin “Liverpul” klubunun çoxsaylı futbolçuları dəfn mərasiminə qatılıblar. Onlara kapitan Vrcil van Deyk (Virgil van Dijkj) və Endryu Roberson (Andy Robertson) rəhbərlik edib. Onlar üzərində Diogo və Andrenin forma nömrələri olan 20 və 30 rəqəmləri yazılmış qırmızı güllərdən ibarət çələnglər tutublar.
Futbolçular Matriz kilsəsinin darvazası arxasında toplaşmış azarkeşlərin alqışları ilə qarşılanıblar.
Mərasimdə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş, eləcə də Jota və Andrenin oynadıqları klubların, Portuqaliya Futbol Federasiyasının rəsmiləri iştirak edərək onlara ehtiramlarını ifadə ediblər.
Yuxarı
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər