Növbəti mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" artıq 5 futbolçu ilə yollarını ayırıb. Maraqlıdır ki, həmin 5 futbolçudan 3-ü - Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov 2024/25 mövsümündə Azərbaycan 1-ci liqasında "Karvan"ın bombardirləri olublar. Qasımov 15, Teymurov 13, Morqan isə 10 qol vurmağı bacarıb.
Bu ayrılıqlara baxmayaraq, yeni transferlər və baş məşqçinin gələcəyi ilə bağlı qərar hələ açıqlanmayıb.
"Karvan"ın baş məşqçisi Kənan Kərimov məsələ ilə əlaqədar QOL.az saytına açıqlama verib.
O, əvvəlcə klubla olan müqaviləsindən danışıb: "Hazırda danışıqlar gedir. Hələ heç nə imzalanmayıb, lakin komandanı tərk etmirəm. Mən buradayam".
Mütəxəssis komandadan ayrılan futbolçulardan və klubun transfer işlərindən də söz açıb: "Biz bu il Premyer Liqaya yüksəldik. Belə hallarda komandanın oyunçularına yaxşı təkliflər gəlir. Ona görə oyunçuların getməsi normaldır. Həmçinin komandaya yenilik də gətirmək lazım olur. Hazırda bir neçə futbolçularla danışıqlar aparırıq. Onların arasında azərbaycanlılar da var, legionerlər də. Tezliklə bir neçə oyunçunun komandaya qoşulacağı gözlənilir".
K.Kərimov Premyer Liqaya yüksəldikdən sonra klubun büdcəsinin çoxaldığını bildirib: "Bu baxımdan heç bir problem yoxdur. "Karvan"ın prezidenti Şahmar Vəliyev həmişə öz dəstəyini göstərir. Nə lazımdırsa, o da edilir. Ona görə sıxıntımız yoxdur".
O, yay hazırlıq planından da danışıb: "Dünən artıq Yevlaxda təlim-məşq toplanışına başladıq. Hazırda bu, seleksiya üçün nəzərdə tutulub. Yeni transferlərimiz qoşulduqdan sonra isə, toplanışın ikinci mərhələsinə başlayacağıq. Bir neçə oyunumuz da olacaq. Əvvəlcə "Şamaxı" ilə qarşılaşacağıq. Daha sonra isə "Kəpəz" və "İmişli" ilə də görüşlərimiz nəzərdə tutulub".
Cavad Musayev
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı