"Kəpəz"in yeni baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib.
QOL.az müsahibəni təqdim edir.
- Adil müəllim, komandanın heyətlə bağlı vəziyyəti nə yerdədir? Yeni futbolçulara baxırsınız? Bəyəndiyiniz, komandaya gətirmək istədiyiniz oyunçular varmı?
- Komandada olan bəzi oyunçularla danışıqlarımız davam edir. Hansısa irəliləyiş olsa, "Kəpəz" azarkeşlərinə məlumat veriləcək. Bu arada kollektivə yeni futbolçular da cəlb etməyə səy göstəririk. Transfer məsələsində çalışırıq yanılmayaq. Amma biz futbolçuların canlı yox, əvvəlki komandalarda oyunlarını izləyirik. Heyətə cəlb etmək istədiyimiz oyunçular var. Qeyd etdiyim kimi, yekun qərar verdiyimiz futbolçular barəsində ictimaiyyətə açıqlama veriləcək.
- Komandanın hazırlıq planı nədir? Təlim-məşq toplanışı harada olacaq?
- İyun ayının 30-da komanda Gəncədə hazırlığa start verəcək. Bilirsiniz ki, klubun Məşq Mərkəzində ideal şərait var. Meydançaların, bazanın vəziyyəti orada məşq keçməyimiz üçün çox uyğundur. Fitnes zalı lazımı avadanlıqlarla təhciz olunub. Futbolçunun hərtərəfli hazırlaşması üçün müvafiq imkanlar var. 10 günlük ilk hazırlıq mərhələsini ikitərəfli oyunla başa vuracağıq. Bir gün fasilə edib hazırlığın ikinci mərhələsinə start veriləcək. Bu mərhələdə beş yoldaşlıq oyunu planlaşdırırıq. Təlim-məşq toplanışı ölkə daxilində olacaq.
- Yoldaşlıq oyunları üçün rəqiblər məlumdur? Mövsümün startına kimi əlavə oyunların təşkili planlaşdırılır?
- Hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcəyik ki, bu cür matçların vaxtı məlumdur. 16, 21, 26, 31 iyul və 5 avqust tarixlərində meydana çıxacağıq. Yoldaşlıq görüşləri oynayacağımız komandalar barəsində məlumat qarşıdakı günlərdə veriləcək.
- Məşqçilər heyətində kimlər var? Köməkçiləriniz məlumdur?
- Bəli, məşqçilər korpusu müəyyənləşib. Köməkçi məşqçilər İlyas Qurbanov, Zaur Əsədov, analitik məşqçi Elmir Hüseynov olacaq. Qapıçılar ilə Vüqar Məmmədov işləyəcək. Fiziki hazırlıq üzrə məşqçi yəqin ki, ölkə xaricindən dəvət ediləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi