U-17 Liqasının qalibləri mükafatlandırılıb.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, Neftçi Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl keçirilən sonuncu – 45-ci turun axırıncı oyunlarında “Neftçi” “Turan Tovuz”u 6:0, “Qarabağ” isə “Səbail”i 8:0 hesabı ilə məğlub edib. Bununla da “Neftçi” 109 xalla mövsümü çempion, “Qarabağ” isə 108 xalla ikinci pillədə başa vurub.
Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Zirə” bürünc, 2-ci pillənin sahibi “Qarabağ” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Son turda het-trikə imza ataraq ümumi qol sayını 61-ə çatdıran “Qarabağ”ın futbolçusu Əli İbrahim ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Qazibəyov seçilib.
Mükafatlandırma mərasimində AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev iştirak ediblər.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi