“Sabah”in icraçı direktoru Ramin Həsənov Vasili Berezutskinin klubun baş məşqçi vəzifəsini tərk etməsi qərarını şərh edib.
QOL.az xəbər verir ki, o, bu haqda “Matç” TV-yə danışıb.
R.Həsənov deyib ki, Vasili Berezutskinin qərarı onlar üçün gözlənilməz olmayıb: “Bu, düşünülmüş və bir qədər əvvəl yaranmış ailə vəziyyəti ilə əlaqədar idi. Biz son ana qədər ümid edirdik ki, vəziyyət həll olunacaq ki, əməkdaşlıq davam edə bilsin. Lakin Berezutskinin yekun qərarına hörmətlə yanaşırıq. Vasili komandaya klub tarixində ilk titulunu qazandırdı və onun işi ən yüksək qiymətə layiqdir”.
Klub rəsmisinin dediyinə görə, Berezutski ilə yaxşı notla ayrılıblar: “Gələcəkdə əlverişli şərait yaransa, Vasili Vladimiroviçin komandamıza yenidən rəhbərlik etməsini istisna etmirik”.

Ramin Həsənov
Xatırladaq ki, Vasili Berezutski 2024-cü ildən “Sabah”da çalışırdı. Onun rəhbərliyi altında komanda Azərbaycan çempionatında 5-ci yeri tutub, ölkə kubokunun isə qalibi olub.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi