Pepe Reyna məşqçiliyə başladı

Pepe Reyna məşqçiliyə başladı
DÜNYA FUTBOLU 3 İyun 2025 / 18:05 1381
-  A +

Karyerasını bitirən ispaniyalı qapıçı Pepe Reyna məşqçiliyə başlayıb.

QOL.az xəbər verir ki, 42 yaşlı keçmiş qolkiper yeni mövsümdə “Vilyarreal”ın U-19 komandasına rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Reyna 2002-2005 və 2022-2024-cü illərdə “Vilyarreal”da çıxış edib. İspaniya millisinin sabiq üzvü "Barselona", "Liverpul", "Napoli", "Latsio", "Milan" və "Bavariya"da da oynayıb.


Son xəbərlər
04.06.25  10:55

"Çelsi"dən ayrıldı