“Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, azarkeşlərə xoş gün bəxş edə bildik. İnşallah, ardı gəlsin”.
QOL.az xəbər verir ki, bu sözləri minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev dünya çempionatında Sloveniyaya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Jurnalistlərin suallarını cavablandıran mütəxəssis Azərbaycan yığmasının Bakıda keçirilən dünya çempionatının favoritlərindən biri olduğunu söyləyib: “Turnirə çox ciddi hazırlaşmışıq. İlk oyunda bir qədər meydança amilinin təsiri oldu. Üstəlik, tribunalar dolu idi. Uşaqlar bir qədər problem yaşadılar. Bundan sonra bütün matçlarda belə oynayacağıq. Favorit komandalardan biriyik”.
O, yığmaya dəstək olan azarkeşlərə təşəkkür edib: “Hər kəsə çox sağ ol deyirəm. Fanatlar möhtəşəm idilər”.
E.Quliyev “Sloveniya üzərində qələbə ilk turda Bəhreynlə görüşdəki heç-heçənin təsadüfi olduğunu göstərir?” sualını belə cavablandırıb: “Bizim komandanın gücü bu da deyil, daha yuxarıdır. Uşaqların səviyyəsi yüksəkdir. İnanıram ki, bizi qarşıda daha yaxşı oyunlar gözləyir. Hər oyuna belə hazırlaşsaq, qələbələrin ardı gələcək”.
Millimizin baş məşqçisi Sloveniya ilə görüşdə qollarından birinin müəllifi olan, böyük futbolu minifutbola dəyişən “Xəzər Lənkəran”ın yetirməsi Kamran Abdullazadə barədə də fikirlərini bölüşüb: “Kamran yaxşı futbolçudur. Bir ildən artıqdır minifutbolda, “Zirə”də oynayır, həm də milliyə dəvət alır. Potensialı yüksəkdir. İstəməzdik ki, futbolu tez atsın. Xoşdur ki, “Xəzər Lənkəran”ın yetirməsinin bizə köməyi var. Amma Abdullazadə daha yaxşısını edə bilər”,
E.Quliyev dünya çempionatındakı rəqiblərin güclü olduğunu vurğulayıb: “Çətin rəqiblər hələ qarşıdadır. İstəyirsən dünya, yaxud Avropa çempionu ol, meydana boş çıxsan, rəqiblər xal almağa qadirdir. Bu gün son dünya çempionu Rumıniya Çad millisinə uduzdu. Bəli, bu, təsadüf idi. Lakin qələbə qazanmaq üçün meydanda can qoymalısan”.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa