Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi baş tutub.
QOL.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mərasimdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşıları mükafatlandırılıb.
Olimpiya çempionumuz Hidayət Heydərov “İlin ən yaxşı kişi cüdoçusu” adına layiq görülüb. Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.
EJU-nun rəsmi saytında bu barədə yazılıb: “Bu idmançı yeniyetmə və gənc yaşlarında Avropa, dünya çempionu titullarını qazanaraq adından söz etdirmişdi. Zamanla öz potensialını reallaşdırmaqda qətiyyət göstərdi. 2024-cü ildə dördüncü dəfə Avropa çempionu oldu, ardınca dünya və Olimpiya çempionluqlarını qazandı. Bir ildə bu qədər böyük uğura imza atmaq nadir hadisədir. Bu möhtəşəm nailiyyətin sahibi isə Azərbaycan təmsilçisi Hidayət Heydərovdur”.

Avropada “İlin ən yaxşı kişi məşqçisi” isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.
Millimizin çalışdırıcısı ilə bağlı yazılıb: “2024-cü ildə bu məşqçi iki Avropa, iki dünya və iki Olimpiya çempionluğu qazandıraraq hər xalq üçün böyük uğur sayılan bir nəticəyə imza atdı. Azərbaycan komandasının lideri həm rəhbərlik etdiyi idmançıların möhtəşəm nailiyyətləri, həm də Olimpiya ilində qazandığı şəxsi uğurlarına görə qürur duya bilər”.
Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Riçard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video