“Neftçi” ailə üçün çətin gündür. Çünki çox çətin mövsüm keçirməyimizə baxmayaraq, Allah bizə azarkeşlərimizi sevindirmək şansı vermişdi. Bunun üçün finala çıxmaq lazım idi. Biz bunu bacara bilərdik”.
QOL.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.
Braziliyalı futbolçu Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Sabah”la 1:1 bərabərə qaldıqları görüşü (ilk matç 1:2) belə şərh edib: “İlk hissədə çox yaxşı çıxış etdik. Rəqibdən daha üstün idik. Təəssüf ki, yaxaladığımız qol şanslarını dəyərləndirə bilmədik. Halbuki birinci 45 dəqiqədə bir neçə qol epizodumuz oldu. Nə etmək olar, bu, futboldur. Artıq irəli baxmalıyıq”.
O, finala yüksələ bilmədikləri üçün azarkeşlərdən üzr istəyib: “Kubok bizim üçün Avropaya yollanmaq baxımından sonra şans idi. Təəssüf ki, yarımfinalda mübarizəni dayandırmaq məcburiyyətində qaldıq. Buna görə çox məyusuq. Azarkeşlərimizdən üzr istəyirik. Onlar bizə sona kimi dəstək verdilər. Heç olmasa çempionatın son turlarında fanatlarımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Y.Matias hakimlər barədə geniş fikir bildirmək istəməyib: “Onlarla danışmaq mümkün deyil. Dərhal sarı vərəqə ilə cəzalandırırlar. Bilmirəm, onların mənimlə nə problemi var. Ötən tur “Zirə” ilə matçda da heç nədən sarı vərəqə almışdım. Hakimlik barədə düşünmək istəmirəm. Meydanda yalnız və yalnız komandamın uğurunu düşünürəm”.
30 yaşlı futbolçu “Neftçi”də qalıb-qalmayacağı barədə sualı belə cavablandırıb: “Bu, mənim əlimdə deyil. Bu işlərlə menecerim məşğul olur. “Neftçi” ilə mövsümün sonuna kimi müqaviləm var. Bu barədə yekun qərarı klub verəcək”.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı