"İlk dəfədir ki, səfər matçında bu qədər azarkeş yığılmışdı. Onların dəstəyini də hiss ediridk, arxamızda olduqlarını görürdük. Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalının "Sabah"la keçirilən cavab matçından sonra mətbuat konfransında deyib.
İlk oyunda 1:2 hesabı ilə uduzan "Neftçi" bugünkü matçda qeydə alınan 1:1 hesablı bərabərlikdən sonra mübarizəni dayandırıb.
S.Abasov bu nəticəyə görə azarkeşlərdən üzr istəyib: "Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Amma kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər".
S.Abasov komandasının kubokda və Premyer Liqada uğursuz çıxışları ilə bağlı danışıb: "Bu gün üzüldüyüm məqam var. Yaxşı köklənmişdik matça. Birinci hissə bu il ən yaxşı oynadığımız futbolu göstərdik. Rəqibə qapımıza yaxınlaşmağa imkan vermədik. Qapıçı ilə müdafiəçimiz anlaşa bilmədi. Qol epizodlarımız var idi. Onları vursaydıq...Əhval-ruhiyyə möhtəşəm idi. Rəqibi hər cəhətdən təhlil etmişdik. Uşaqlar onu anladı. Əfsuslar ki, sona kimi gətirə bilmədik. Sona qədər pressinq edib, rəqibə imkan verməmək gücdə deyilik. Rəqibimiz də yaxşıdır. "Sabah"ın heyətində birəbir mübarizələrdə yaxşı oyunçular var. O komponentdə bəlkə də bizdən daha üstündür. İkinci məsələ də odur ki, fasiləyə gələndə, şikayətlənməyə başladılar. Emin Mahmudov bu gün lider kimi oyunda idi, amma sona qədər çatdıra bilmədi. Hamısı əvəzetmə istəyirdi. Bizim əvəzetmələrimiz effekt verməsə də, mərhələni keçə bilmirdik, bütün hücumameyilli oyunçuları meydana buraxdıq. Rəqib hücumameyilli futbolçuları oyuna buraxandan sonra fərq yaratdı, biz onu edə bilmədik. Kaş ki, 11-liklə sona qədər davam edərdik. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlama vermək istəmirəm. Daha yaxşı "Neftçi" kimi gəlmək istəyirik. "Neftçi"yə layiq olan oyunçuları da tapıb, gətirməliyik".
S.Abasov əvəzetmələri gec etməsinin səbəbini də açıqlayıb: "İlk hissədə göstərilən performans məni razı salırdı. Dəyişikliyə lüzum da yox idi. Təhlillərimizi onlarla etmişdik. Amma həmişə hər şey istədiyimiz kimi olmur. Kimsə oyundan düşdü. Emin Mahmudov 2-3 epizodda top itirdi. Yorğunluqdan irəli gəlirdi. Başqalarını dəyişmək istəyirdik, amma Sek, Ştoqrin əvəzetmə istədi. Sistemi dəyişdik. Qol vurmaq alınmadı. Meydana daxil olanlar effekt vermədi. Deyirdim kaş ki, əvvəlcədən oynayanlar sona qədər oynasınlar. Əfsuslar olsun ki, belə deyildi".
"Məsuliyyəti üzərinizə götürdünüz. Futbolçuları qoruyursunuz?" sualını baş məşqçi belə cavablandırıb: "Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyət daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm".
S.Abasov heyətdə dəyişikliklərin olacağını qeyd edib: "Hər bir məşqçinin oyun üslubuna uyğun futbolçular var. İşlədiyim komandalarda da həmin mövqelərdə hansı oyunçuların oynadığını görmüsünüz. Sabir Buqrini deyərdim. Məqsədimiz ən azından oyun üslubumuza uyğun futbolçuları götürməkdir".
S.Abasov heyətə cəlb edilmiş legionerlərin müqavilə müddətinin çox olmasına görə onların göndərilməsinin yarada biləcəyi problemlər haqda da sualı cavablandırıb: "Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Klubla ətraflı danışırıq. Ən yaxşısı nədirsə, klub da əlindən gələni edir. Həmin problemlər var. Digər komandalar bunu çözə bilirlər. Ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyimizi danışmaq tezdir, yeri deyil. Zaman göstərəcək".
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video