"Ağır oyun oldu. Bizi nəyin gözlədiyini bilirdik. İki fərqli hissə oynadıq. İlk hissədə komanda şəklində oyunumuz alındı. İkinci hissədə "Qarabağ" üstünlüyü ələ aldı. Rəqibi təbrik edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun yarımfinalının "Qarabağ"la cavab matçından sonra mətbuat konfransında deyib.
İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Araz-Naxçıvan" bugünkü görüşdə 3 cavabsız qolla uduzub. E.Baxşıyev böyükhesablı məğlubiyyəti belə şərh edib: "Komandamın daha çox hücumda olmasını istəyirəm. "Qarabağ"ı da vurğulamaq lazımdır. Səviyyə baxımından bizdən üstündürlər. Oturuşmuş heyəti və stabilliyi var. Bu tip matçların taleyini xırda nüanslar həll edir. Oyunu çevirə bilərdik. Bilirəm, heç kim o epizodu görməyəcək. 25-ci dəqiqədəki epizod oyunun dəyişmə anı ola bilərdi. Nəsə hakim fərqli qərar verdi. Bizim baxdığımız epizod təmiz penaltidir. İkinci epizodu deyim. Hücuma çıxırıq, hücumumuzu saxlayıb bizim qapıya tərəf cərimə zərbəsi verir. Sonra deyir ki, səhv etdim. Ümid edirəm ki, "Araz-Naxçıvan"a qarşı bu səhvlər davamlı olmayacaq. İkili standart hiss olunur. Mənim komandama qarşı antipatiya var. Ümid edirəm ki, bizə qarşı da obyektiv olarlar. İkili standartın səbəbi haqda danışsam, işdən uzaq qalaram. Rahat şəkildə futbolçularımıza 4-cü sarı vərəqəni verib cəzalı duruma salırlar".
E.Baxşıyev "Antipatiya sizə qarşıdır, yoxsa "Araz-Naxçıvan"a? sualını isə belə cavablandırıb: "Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır. Hücuma çıxan komandanın topuna rəqib əllə toxunur, hakim deyir ki, sürüşdü. Mən bunu qəbul etmirəm".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı