Almaniyanın "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"in 2-ci Bundesliqadakı son oyunlarını təhlil edib.
QOL.az xəbər verir ki, yazıda Mahir Emrelinin də oyununa toxunulub. Qeyd olunub ki, Mahirin son 2 turda 3 qol vurması komandanı irəli aparmaq üçün yetərli deyil:
"Paderborn"la oyunda (2:3) qapıya cəmi 3 zərbə endirildi ki, onun 2-si qol oldu. “Kayzerslautern”lə oyunda (2:1) isə bu göstərici bir qədər yaxşı idi. Mahir Emreli son 2 oyunda 3 qol vurub. Onun qol vurmaq instinktini qaytarması yaxşıdır, amma kifayət deyil. Mahir "Paderborn"la oyunda "Nürnberq"in yeganə hücumçusu idi. Bundan başqa, azərbaycanlı futbolçu qısa ötürmə kombinasiyalı oyuna üstünlük verir. Komandada isə hücumun dərinliyinə getmək baxımından çatışmazlıq var".
Qeyd edək ki, "Nürnberq"in hücum xəttində çıxış edən aparıcı oyunçulardan Stefanos Timas zədəli, Janis Antist isə cəzalı durumda olduğundan son oyunlarda komandaya kömək edə bilməyib.
"Paderborn"la görüşdə Mahirə hər iki qolun ötürməsini verən Yulian Yustvan da komandasının hücumda axsadığını etiraf edib: "Son matçlarda sadəcə dərinliyə doğru irəliləyə biləcək bir oyunçu çatışmazlığı hiss edirik. Təbii ki, Mahir kimi öndə olan bir oyunçumuz var. Amma ikinci hücumçu olmalıdır ki, irəlidə təzyiq yarada bilək"
Qeyd edək ki, Emreli bu mövsüm 2-ci Bundesliqada 20 oyuna 6 qol vurub, 1 qolun ötürməsini edib. O, 1 dəfə isə kubok matçında rəqib qapısına yol tapıb.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı