Bu gün Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə açıqlama verib.
QOL.az "Report"a istinadən xəbər verir ki, o deyib: "Bir çox klublar "Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasından faydalana biləcək, bura onların da istismarına veriləcək".
O, bu addımın klubun gələcəyi baxımından önəmli olduğunu söyləyib: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir. İki meydan və otel kompleksi nəzərdə tutulub. Həmçinin bu ilin yayında Tovuzda meydançaların salınmasına başlayacağıq".
Klub rəhbəri Tovuz şəhər stadionunun örtüyünün daxili imkanlar hesabına dəyişdiriləcəyini vurğulayıb:
"Tovuzdakı stadionun örtüyünü təbii edəcəyik. Bu, şəxsi vəsaitimiz hesabına olacaq. Dəstək üçün müraciət etmişdik. AFFA-nın görüləcək işləri çoxdur. Starteji planlar açıqlandıqdan sonra bizə heç nə deyilmədi. Ona görə də daxili imkanlar hesabına bu işi görəcəyik".
O, Tovuz klubunun gələcəklə bağlı planları barədə də danışıb:
"Biz həmişə Tovuzdayıq. Komanda gedib-gəlir. Yayda meydançalar salmağa başlayacağıq. Azarkeşlər komandanı Tovuzda görəcəklər. Haqlı olaraq sual verə bilərsiniz ki, meydançanı niyə Tovuzda tikməmisiniz? Çünki Tovuzdakı əsas meydanın ot örtüyü sünidir. Bütün yaş qrupları orada məşq edir. Tovuzda bizə bir neçə meydança lazımdır. Yayda meydançaları mərhələli şəkildə salacağıq. Layihə tam bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq".
E.Quliyev onu da deyib ki, yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qruplara düşməyi hədəfləyirlər.
O, avrokuboklarda nailiyyətlər əldə etmək istədiklərini vurğulayıb: "Yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qrupa düşməyi hədəfləyirik. Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzdakı kompleksə və burada gördüyünüz bazaya çox böyük maddi vəsait xərclənib. Dayanıqlı inkişaf yolunu seçmişik. Çox asanlıqla bu pulu oyunçulara verməklə nailiyyətlər əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Artıq növbəti mərhələ haqda düşünməyin vaxtıdır".
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı